Elvin Cəfərquliyev İngiltərə Premyer Liqasında?

30.06.2026

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qarabağ"ın və Azərbaycan millisinin cinah müdafiəçisi Elvin Cəfərquliyev sosial şəbəkə hesabında diqqətçəkən foto paylaşıb.

Qaynarinfo xəbər verir ki, hazırda Ağdam təmsilçisinin heyətində Avstriyanın Zaltsburq şəhərində təlim-məşq toplanışında olan istedadlı futbolçu asudə vaxtında çəkilmiş şəklini izləyiciləri ilə bölüşüb.

Onun paylaşımda İngiltərə Premyer Liqası təmsilçisi "Nyukasl Yunayted"in rəsmi formasını geyinməsi azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb və müzakirələrə səbəb olub. 


Avstriya hazırlıqları zamanı paylaşılan foto qısa müddət ərzində idman mediasının və futbolsevərlərin ən çox danışdığı mövzulardan birinə çevrilib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью