Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Futbolçu Elvin Cəfərquliyevin adından saxta sosial şəbəkə hesabları açılıb.
Milli.Az xəbər verir ki, Elvin paylaşım edərək bu barədə açıqlama verib:
"Diqqətinizə çatdırıram ki, mənim adımdan müxtəlif sosial şəbəkələrdə hesablar açılır və paylaşımlar edilir. Bildirirəm ki, mənə məxsus olan yeganə sosial şəbəkə hesabı budur. Digər platformalarda mənim adımdan açılmış hesablarla heç bir əlaqəm yoxdur və həmin hesablar vasitəsilə edilən paylaşımlara görə heç bir məsuliyyət daşımıram".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)