Elvin Cəfərquliyevi Avropanın nüfuzlu klubuna keçir?

03.06.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İntizamsızlığa görə “Qarabağ”ın əsas heyətindən qovulan Azərbaycan yığmasının üzvü Elvin Cəfərquliyev karyerasını Yunanıstanda davam etdirə bilər.

"Yeni Sabah" Futbolinfo.az-a istinadən xəbər verir ki, sol cinah müdafiəçisi ilə bu ölkənin “Panatinaikos” klubu maraqlanır.

Son mövsümü 4-cü pillədə bitirən Afina təmsilçisi Konfrans Liqasında iştirak edəcək. Komandanın sol cinah müdafiəçisinə ehtiyacı var. Bu mövqedə hazırda üst səviyyədə çıxış edən əsas futbolçuları yoxdur. pizza mizza

“Panatinaikos”a yeni baş məşqçi təyin olunub. 4 ildir ki, Danimarkanın “Kopenhagen” klubunun “sükanı arxasında” olan Yakob Neestrup yunanları çalışdıracaq. Cəfərquliyev isə danimarkalı mütəxəssisə tanış simadır. Belə ki, cari mövsüm UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda onun çalışdırdığı “Kopenhagen” “Qarabağ”la üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada Azərbaycan təmsilçisi 2:0 hesablı qələbəyə sevinib. Həmin görüşdə isə Elvin “Matçın oyunçusu” seçilmişdi.

Görünən odur ki, Neestrup Azərbaycan yığmasının üzvünü izləməkdə davam edib və onu yeni komandasında görmək niyyətindədir.

Amma yunanların marağı hələ rəsmi təklifə çevrilməyib. “Qarabağ” müdafiəçisi üçün transfer haqqı istədiyindən keçid rahatlıqla başa gəlməyəcək.

Elvinə Serbiya “Partizan”ı və Portuqaliya “Braqa”sı da maraq göstərir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью