Elvin Cəfərquliyevin əsas heyətdəki yeri hələ də sual altındadır

23.07.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevin əsas heyətdə yer almağa layiq olması barədə hələlik özündə tam fikir formalaşdırmayıb.

İdman.Biz bildirir ki, bu barədə o, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Bolqarıstanın “CSKA Sofia” kollektivi ilə oyundan sonra deyib.

“Elvin yaxşı hazırlaşır. Məşqlərdə çox aktivdir. Mən də özüm üçün hələ tam fikir formalaşdırmamışam. Əgər Elvin bu cür davam edəcəksə, yaxşı oynayacaqca, niyə də əsas heyətdə olmasın? Bu istənilən oyunçuya aiddir. Bu, qarşıdakı günlərdən asılı olacaq”, - baş məşqçi vurğulayıb.

Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın “CSKA Sofia” kollektivi ilə qarşılaşıb. Matç 0:0 hesabı ilə bitib. Elvin Cəfərquliyev 56-cı dəqiqədə əvəzetmədən meydana çıxıb.

Komandalar bir həftədən sonra cavab matçında qarşılaşacaqlar.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью