Elvin də qol vurdu, Abbas da “Qarabağ”dan böyükhesablı qələbə!

01.05.2026

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yəqin ki, son illərdə heç kim əvəzedicilər liqasının oyununu bu qədər diqqət mərkəzində saxlamamışdı. Bu dəfə isə tam fərqli oldu. Səbəb isə Elvin Cəfərquliyevlə Abbas Hüseynovun Qurban Qurbanov tərəfəsindən “Qarabağ”ın əvəzedici heyətə göndərilməsidi.

“Sürgündə olanlar” bu gün “Zirə” ilə oyunda hərəyə bir qol vurublar. 5:1 hesabı ilə qələbə qazanan Ağdam təmsilçisinin heyətində Abbas 49-cü, Elvin 73-cü dəqiqədə (penaltidən) fərqlənib.
Qeyd edək ki, bu oyundan sonra “Zirə” turnir cədvəlində 46 xalla 3-cü, “Qarabağ” isə 38 xalla 5-ci yerdədi.
MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью