Elvin “Ferentsvaroş”a gedəcəkmi? meneceri bütün detalları “Futbol+”ə dedi | Icma.az
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Elvin Cəfərquliyevin “Qarabağ”ı “Ferentsvaroş”a dəyişəcəyi haqda iddialar var.
Belə ki, Macarıstan təmsilçisi futbolçu üçün 1 milyon avro təzminat ödəməyə, onun növbəti satışından əldə olunan gəlirinin 20 faizini “köhlən atlar”ın bank hesabına köçürməyə hazırdı.Qeyd olunanlarla bağlı tanınmış menecer Tural Əsgərlinin fikirlərini öyrəndik.
Onun “Football-plus.az”a cavabı:“Adətən, ciddi xəbərlər bu qədər tirajlanmır. “Qarabağ” Elvin Cəfərquliyevə görə konkret təklif almayıb.
Bu məsələ ciddi səviyyədə olsaydı, bilərdim. Elvin mənim müştərimdi.
O başqa məsələ ki, “Qarabağ”ın bəlkə də bütün futbolçuları “Ludoqorets”, “Ferentsvaroş”, “Legiya”, “Lex”, FKSB kimi təxminən eyni səviyyədə olan komandaların maraq dairəsindədi.
Əminəm ki, bütün klublar bu yöndə bir-birini izləyir. Bu kollektivlər eyni kateqoriyadadı.
Elə “Qarabağ” da “Ferentsvaroş”un bir yox, bir neçə futbolçusuyla maraqlana bilər.
Tam oxu
Xəbəri oxu