Elvin Könülü öldürəndən sonra dönər satmağa gedib DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI Azərbaycanda …
Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölümündən 2 ay sonra cəsədi tapılan tələbə Könülü qətlə yetirən şəxsin istintaqdakı ifadəsi məlum olub.
Könülün itkin düşməsi xəbərindən sonra sosial şəbəkələrdə onun axtarışına da qoşulan Elvin İsmayılzadənin qətl törətməsi şübhəli hərəkətlərindən sonra üzə çıxıb.
Könül Ağayevanın qətli ötən ilin ən səs-küylü cinayət işlərindən biri idi.
22 yaşlı Könülün itkin düşməsindən sonra onun sonuncu görüşdüyü şəxs kimi 21 yaşlı Elvin İsmayılzadə diqqət mərkəzində idi.
Sonda şübhələr gerçəyə döndü. Könül Lənkəran Dövlət Universitetinin 4-cü kurs tələbəsi idi. Elvin isə Lənkəranda dönərxanada işləyirdi.
Onların tanışlığı da elə dönərxanada olub. Aralarında sevgi münasibəti yaransa da sonradan Elvin bu münasibəti davam etdirmək istəməyib.
2022-ci ildəki tanışlıq bir neçə ay davam edib. Elvin əsgərliyə getdikdən sonra onların əlaqəsi bir müddətlik kəsilib.
Tam oxu
Xəbəri oxu