Elvin Mahmudzadə və Səbuhi Məmmədov həbs edildilər

08.10.2026

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycan Vətənpərvərlər" İctimai Birliyinin sədri həbs edilib.

Milli.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, "Azərbaycan Vətənpərvərlər" İctimai Birliyinin sədri Elvin Mahmudzadə və birliyin məsul əməkdaşı Səbuhi Məmmədov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunurlar.

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onların həbsi barədə hələlik rəsmi məlumat yoxdur.

Qeyd edək ki, "Azərbaycan Vətənpərvərlər" İctimai Birliyinin sədri Elvin Mahmudzadə bundan əvvəl 2023-cü ildə də həbs edilmişdi.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью