Elvin Məmmədov: Özüm barədə böyük böyük danışmaq istəmirəm

10.05.2025

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bilirdik ki, bizi ağır oyun gözləyir. Allah bizə şans vermişdi, yararlanmaq istəyirdik. Amma alınmadı. Yaxşı mübarizə apardıq. Futbolçulara təşəkkür edirəm. İdman xoşbəxtçiliyi bizdən yan keçdi".

- Mənə görə "Səbail"in Premyer Liqadan düşməsinin günahkarı siz olmasaz da, məşqçi kimi sizə yazılacaq. Birinci liqada işləyib, yenidən komandanı Premyer Liqaya qaytarmaq istəyəcəksiz?
- Şansı mənə verdiyinə görə rəhbərliyinə görə təşəkkür edirəm. Əlimizdən nə gəldisə, verməyə çalışdıq. Mənim də adım var. Bu barədə rəhbərliklə danışmamışıq. Çünki ümidimiz var idi. Yenidən Premyer Liqaya yüksəlmək üçün təklif olarsa, niyə də olmasın?

- Komandanın yüksək liqadan düşməsi baş məşqçiyə psixoloji zərbə vurr. Bu baryeri aşmaq çətin olacaq, yoxsa hazır idiz?
- Biz də mental olaraq dəyişməliyik. O qədər gənc məşqçilər var. Niyə də olmasın? Futbolda eniş də var, yüksəliş də. Niyə qayıtmaq olmasın? Niyə travma olsun? Çox yaxşı şeylər də oldu. Səhvlərim də var, düzgün etdiyimiz şeylər də var. İşə yeni başlamışıq, hədəf var. Gənclərə güvənməmək düşüncəsini dəyişməliyik. Niyə gənclərə güvənməyək? Bəlkə kimsə özünü sübut edəcək? Bu gün xoşbəxtəm, B kateqoriyam ola-ola ağır yükü mənə verdilər. Hamımız çaışdıq. Yaxşı şeylər də var idi. 

- Klub rəhbərləri yerli gənclərə güvənmirlər...
- Rəhbərliyimiz mənə güvənib. Hər bir klub belə etsə, nə gözəl. O qədər örnəklər var ki. Gələcəyi fikirləşməliyik.

- Mövsümün əvvəlində gəlsəydiz, yenə də "Səbail" aşağı liqaya düşərdi?
- Bu sualı çox verdilər. Mən özüm haqda böyük-böyük haqda danışmaq istəmirəm. Zaman keçib. Bəlkə də mən olsaydım, bundan da betər olardı. Ya daha yaxşı şeylər olardı.

“Ayın qolu” layihəsində aprel ayının qalibləri müəyyənləşib "Səbail" - "Zirə" - Heyətlər açıqlandı “Heydər Əliyev Kuboku” uğrunda futzal turnirinə start verilib Millimizin üzvü: "İnamlı qələbə qazandıq” "Kəpəz"in İdarə Heyətinə yeni sədr seçilib
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью