Elvin Məmmədov: “Premyer Liqada qalmaq istəyirik”

03.05.2025

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Premyer Liqasının XXXIII turunda keçirilən “Şamaxı” – “Səbail” (1:1) matçından sonra qonaq komandanın baş məşqçisi Elvin Məmmədov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.

– Bizi çətin oyun gözlədiyini bilirdik. “Şamaxı”nı ev oyunlarında məğlub etmək asan məsələ deyil. Qarşıdakı oyunlara hazırlaşacağıq. Ayxan müəllim döyüşkən kollektiv yaradıb.

– Qələbə qazana bilmirsiz. Bu nəylə bağlıdı?
– Şans, qismət, idman xoşbəxtliyi… Çox şeylə əlaqələndirmək olar. Premyer Liqada qalmaq istəyirik. Komanda bunun üçün əlindən gələni edir. Gənc məşqçiyəm Böyük danışmaq istəmərəm, amma həm “Araz-Naxçıvan”la, həm də “Şamaxı”yla matçda xal itirdik.

– Rüfəti erkən əvəzləməyinizin səbəbi nəydi?
– Özü istədi.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью