Elvin Məmmədov: “Rəhbərliklə fikirlərimiz üst üstə düşür”

18.05.2025

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Premyer Liqasının XXXV turunun “Neftçi” – “Səbail” oyunundan (3:0) sonra qonaq komandanın məşqçisi Elvin Məmmədov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Premyer Liqadan düşməyimiz rəsmiləşib. Bu durumda oyunçuları matça kökləmək çətin. Nə qədər danışdıq, amma futbolçu psixologiyasıdır. Bilirdik ki, “Neftçi”nin də 5-ci yerə şansı var və bizə qarşı aqressiv oynayacaqlar.

– Artıq I Liqaya fokuslanmısınız?
– Bu barədə rəhbərliklə hələ dəqiq söhbət etməmişik. Ümid edirəm ki, yenidən “Səbail” iddialı olub, birinci liqadan Premyer Liqaya yüksəlmək üçün hər şeyi edəcək. İndi danışmaq tezdir. Danışıq olmayıb. Rəhbərliklə fikirlərimiz üst-üstə düşür ki, Premyer Liqaya geri qayıdaq. Amma maliyyə məsələsi var. Çempionat bitdikdən sonra ətraflı danışacağıq.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью