Elvin Məmmədov Səbailin müvəqqəti baş məşqçisi təyin edildi | Icma.az
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. “Səbail” komandasının yeni baş məşqçisi müyyənləşib.
Klubdan "Unikal"a verilən məlumata görə, “dənizçilər” müvəqqəti olaraq U-19 komandasının çalışdırıcısı Elvin Məmmədova həvalə olunub.
O, bu vəzifədə bir neçə gün öncə istefa verən Şahin Diniyevi əvəzləyib.
“Səbail” hazırda Misli Premyer Liqasında 12 turdan sonra topladığı 7 xalla 9-cu sırada qərarlaşıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu