Elvin Məmmədov: “Uduzmadıqsa, gözəldir”

05.04.2025

Icma.az bildirir, Apasport portalına istinadən.

"Çempionatın təcrübəli məşqçisinə və çempionatın ən ağır komandasına qarşı oynayırdıq. Durumun fərqindəydik. Uşaqlar maksimumu etdilər. Onları təbrik edirəm".

- Bu nəticəni qələbəyə bərabər sayırsız?
- Bu gün hər qazanılan bizim üçün nəticədir. Komandanı bu durumdan çıxarmaq üçün öz yolumuzdan əl çəkməyəcəyik.

- Süleyman Alluşla bağlı son qərarı nə dərəcədə doğru qəbul edirsiz?
- İstəyərdik ki, bağışlanılsın. O, bizim futbnolçumuzdur. Səhvin fərqindədir.

- Yeni qoşulanlar gözlənilmir?
- Zədəlilərimiz var. Əlimizdə olan futbolçuların hər birinə güvənirik.

- İlk dəqiqədən görünürdü ki, meydana bir xal üçün çıxmısız. Bəs, qalibiyyəti hansı komanda ilə görüşdə istəyəcəksiz?
- Sizin düşüncənizdir. Bu da normaldır. Matça üç xal üçün çıxmışdıq. "Turan Tovuz"a qarşı oynamaq asan deyil. Onlar çox möhkəm komandadır. Standart vəziyyətlərdə ideal şeylər edirlər. Üç xal istəyirdik. Uduzmadıqsa, gözəldir.

Araz-Naxçıvan”ın legioneri: “Hər kəsə öz keyfiyyətimi bir daha göstərdim” Şervoni Mabatşoev: “Onların inamını yenidən qazanmalıyıq” “Qarabağ”-“Zirə” biletləri bu gün satışa çıxarılacaq Millimizdən inamlı qələbə - FOTO “Şamaxı” futbolçusu ilə müqavilə yeniləyib
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью