Elvin sabahkı matçda oynayacaq? Açıqlama

08.07.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevin sabah Avroliqa matçında “Vestri”yə qarşı matçda meydana çıxıb-çıxmayacağı ilə bağlı sualı cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, o, müdafiəçinin meydana çıxa biləcəyini istisna etməyib:

“Elvin bizim oyunçumuzdur. Meydana çıxmaq ehtimalı var. Sonradan girəcək, ya əvvəldən oynayacaq, onu deyə bilməyəcəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью