Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qarabağ”ın yay təlim-məşq toplanışına yollanması videorolikinə baxanlar Elvin Cəfərquliyevi gördü. Məncə, hamı sevindi.
Elvinin üzü nəhayət güldü.
Milli komandanın Avstriyada keçirilın təlim-məşq toplanışında ən çox müşahidə etdiyim futbolçu Elvin idi. Sanki pərt olmuşdu. Olmamışdısa belə, üzündə, ruhunda ifadə olunurdu – heç özündə deyildi.
Ünsiyyətdən qaçırdı, nə qədər həvəslə məşq etməyə çalışsa da, ürəyi, fikri ayrı yerdəydi.
Elvin birdən-birə böyümüş və bunun şokundaymış kimi görünürdü.
Məncə, o, dərk etmişdi ki, düz deyil.. özünü düzəltməlidir.
“Qarabağ” Elvinin parladığı və çox böyük rəğbət qazandığı yerdir. O, ilk azərbaycanlı futbolçudur ki, ÇL-də “man of the match” seçilib. Gözünün önündən kino lenti kimi keçən kadrlar Elvini qəflət yuxusundan oyatmışdı kimi görünürdü onun toplanışa gediş videosunda.
Təki belə olsun. Nə gözəldir. Elvin üçün yaxşı oldu.
Psixoloji aşınmanın kandarından qaytarılan adam təəssüratı verir.
Qurbanovun bu mövzuda tayminqi alqışlanasıdır.
Kamil Əhməd