Elvin və Toral məşqlərə başladı

18.11.2025

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qarabağ”ın iki sol cinah müdafiəçisi Elvin Cəfərquliyev və Toral Bayramov sıraya dönüb.

“Qafqazinfo” xəbər verir ki, milli komandanın düşərgəsində zədələnən hər iki oyunçu sağalıb. 

Onlar məşqlərə qayıdıblar. 

Qeyd edək ki, yığmamızın DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə görüşündən əvvəl Toral Bayramov zədə səbəbindən millidən kənarlaşdırılmışdı. Elvin Cəfərquliyev isə yüksək hərarət səbəbindən İslandiya ilə görüşdən öncə heyətdən çıxarılmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью