Elvin və Toralın durumu necədir?

18.11.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elvin və Toralın durumu necədir?

"Qarabağ"ın futbolçuları, xəstəlik və zədə səbəbindən Azərbaycan millisinin heyətindən çıxarılan Elvin Cəfərquliyev və Toral Bayramovun durumuna aydınlıq gəlib.

Bu barədə QOL.az saytına açıqlamasında Ağdam təmslçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev danışıb.

E.Cəfərquliyev yüksək hərarətə, Toral Bayramov isə zədələndiyinə görə millimizin tərkibindən çıxarılmışdılar. 

A.Hacıyev isə hazırda hər iki müdafiəçinin vəziyyətinin yaxşı olduğunu bildirib: "Onlar bu gündən etibarən tədricən komanda ilə məşqlərə qatılacaqlar".

Qeyd edək ki, T.Bayramov millimizin heyətində İslandiyaya qarşı oynasa da, Fransa ilə matçda iştirak etməmişdi. E.Cəfərquliyev isə hər iki görüşdə meydana çıxmayıb.

Əlavə edək ki, "Qarabağ" Misli Premyer Liqasında növbəti oyununu "Sumqayıt"a (21 noyabr), Çempionlar Liqasında isə "Napoli"yə (25 noyabr) qarşı keçirəcək. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью