Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu

05.08.2026

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Daha öncə ölkəmizdə müxtəlif komandaların formasını geyən Elvin Yunuszadə Türkiyəyə üz tutub. 33 yaşlı müdafiəçi qardaş ölkənin 1-ci liqasında çıxış edən “Boluspor”a keçib.

Bolu komandası ev oyunlarını 2455 yerlik “Bolu Atatürk” stadionunda keçirir. Komandanın indiki “transfermarkt” dəyəri 1,28 milyon avro təşkil edir. “Boluspor”da Elvindən başqa iki əcnəbi var. 1965-ci ildə əsası qoyulan klub iki dəfə 1-ci liqada çempion olub.
“Boluspor”u ABŞ-dən olan Daniel Farrar çalışdırır. Mərkəz müdafiəçisi mövqeyində həmyerlimizdən savayı bir futbolçu çıxış edir. Komanda son mövsümdə 15-ci yeri tutub.
İSRAYIL XEYRULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью