Elvin Yunuszadə: “Məqsədim milliyə qayıtmaqdır”

26.04.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

"Qəbələ"nin müdafiəçisi Elvin Yunuszadə MOİK-lə matçdan (1:0) sonra jurnalistlərə müsahibə verib.

- Çempionluqla bağlı nə deyə bilərsən? Hansı hisləri yaşayırsan?
- Bu bütün ilin bəhrəsidir. Məqsədimizə çatmaq üçün xeyli yol qət etmişik. Vaxtından əvvəl çempion olduğumuz üçün ikiqat sevinc hissi yaşayırıq. Hər kəsi təbrik edirəm. 

- Növbəti mövsüm üçün planlar necədir?
- “Qəbələ” hər zaman Azərbayan Premyer Liqasına rəng qatıb, öz iddiasını ortaya qoyub. Yenə də ən yaxşı heyətin yığılması üçün əlimizdən gələni edəcəyik. 

- Növbəti mövsüm komandada qalacaqsan?
- Qarşımıza qoyulan əsas məqsəd çempionluq idi. Biz bunun üstəsindən lazımınca gəldik. Geridə qalan məsələləri mövsümün sonunda həll edəcəyik.

- Milli komanda barədə nə deyə bilərsən? Sənin üçün çox uzaq deyil ki?
- Milli bizim üçün ayrı bir önəm daşıyır. Niyə də yox? İnşallah əvvəl necə oynamışıqsa, indi də əlimizdən gələni edib, çox çalışıb, yenidən yığmaya qayıtmaq istəyərik. Məqsədim milliyə qayıtmaqdır.

- I Liqadakı infrastruktur sizə nə dərəcə çətinlik yaratdı?
- Bu bizim yaralı yerimizdir. Meydançaların ot örtüyünün əlverişsiz olması, futbolçular üçün böyük əziyyətdir.

Ayxan Abbasov: “Komandamdan razı qaldım” “Zirə” avrokuboklara vəsiqəni təmin etdi Tovuzda qollu bərabərlik - YENİLƏNİB Birinci Liqa: “Qəbələ” çempion, "Karvan" və "İmişli" Premyer Liqada! - YENİLƏNİB Rəvan Həmzəzadə Əvəzedicilər Liqasına göndərildi - RƏSMİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью