Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Hazırda turnir cədvəlinə baxsaq, komandanın vəziyyəti ürəkaçan deyil". Bu sözləri Sport24.az saytına açıqlamasında Elvin Yunuszadə deyib.
34 yaşlı müdafiəçi "Boluspor"un az oyun şansı qazanmasından danışıb:
"Ancaq düşünürəm ki, bu, son deyil. Qarşıda mövsümün 60 faizi var və vəziyyəti dəyişmək mümkündür. Az oynamağımın səbəbi komandaya qoşulduqdan sonra zədələnməyimdir. Artıq sağalmışam və şans gözləyirəm. Baş məşqçi ilə də bu barədə söhbətimiz olub. O, mənə şans verməyi düşündüyünü dedi".
Yunuszadə heyətdəki rəqabətdən söz açıb:
"Heyətdə mənim mövqeyimdə çıxış edən futbolçuların sayı çoxdur. Hazırda komandada eyni mövqedə oynaya biləcək 7 müdafiəçi var. Rəqabətin olması yaxşıdır. "Boluspor"la ilin sonuna qədər müqaviləm var. Bütün fikrimi bu komandaya yönəltmişəm. Qışda nələrin baş verəcəyini demək isə hələ tezdir".
Qeyd edək ki, Elvin Yunuszadə yay transfer pəncərəsində Türkiyənin "Boluspor" klubuna keçib.