Elvindən “Qarabağ”a pis xəbər

17.08.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo Kiyev”lə keçirilən cavab oyunda zədələnib.

Futbolpress.az xəbər verir ki, aparılan tibbi müayinələr nəticəsində futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb. Elvin Cəfərquliyevin bərpa müddətinin təxminən iki həftə davam edəcəyi gözlənilir.

Elvinin müalicə və reabilitasiya prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdirilir.

Müdafiəçi Konfrans Liqasında pley-off mərhələsinin “Tvente” ilə səfər matçını buraxacaq. Oyun avqustun 20-də Niderlandda keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью