Elvinin adından dələduzluq

27.08.2025

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Müğənni Elvin Abdullayevin adından dələduzluq edilib. 

Axşam.az xəbər verir ki, sənətçi teleqramda onun adından profil yaradıldığını və dostlarından pul istənildiyini deyib.

"Mənim adımdan teleqramda ətrafımda olan 10-15 insandan pul istənilib. Sanki mənəm kimi danışır, söhbət edir. Bir neçə adam da təəssüf ki, aldanıb və pul göndərib. Ehtiyatlı olun. Dostlarıma, məni tanıyanlara deyirəm ki, sizə də belə mesaj gəlsə, inanmayın. Diqqətli olun" deyə, Elvin əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью