Elvinin MRT müayinəsinin nəticəsi Açıqlandı

09.08.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin MRT yoxlanışının nəticəsi bəlli olub.

Bu barədə “Qafqazinfo”ya klubdan məlumat verilib.

“Futbolçumuzun sağlamlığında hansısa bir problem aşkarlanmayıb, komanda ilə məşqlərini davam etdirir”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Elvin “Dinamo” – “Qarabağ” matçında zədələnib və 75-ci dəqiqədə məcburi şəkildə əvəzlənib.

Xatırladaq ki, matç avqustun 6-da “Lublin Arena”da keçirilib və “Dinamo”nun 1:0 minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью