Elvinin MRT müayinəsinin nəticəsi Açıqlandı

24.08.2026

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin MRT yoxlanışının nəticəsi bəlli olub.

Bu barədə Hurriyyet.Media -ya klubdan məlumat verilib.

“Futbolçumuzun sağlamlığında hansısa bir problem aşkarlanmayıb, komanda ilə məşqlərini davam etdirir”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Elvin Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Dinamo” – “Qarabağ” matçında zədələnib və 75-ci dəqiqədə məcburi şəkildə əvəzlənib.

Xatırladaq ki, matç avqustun 6-da “Lublin Arena”da keçirilib və “Dinamo”nun 1:0 minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью