“Elvinin növbəti kluba transferindən “Qarabağ”a pay verilə bilər” o, “Fənərbaxça”ya bu şərtlə satılacaq?

26.01.2026

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin uğurlu çıxışı başqa ölkələrin klublarından təklif almasıyla nəticələnib. İddialara inansaq, bu siyahıda müdafiəçini heyətində görməkdə israrlı olan komandalar “Fənərbaxça” və “Bayer-04”dü. Hətta qardaş ölkənin təmsilçisi Elvin üçün nə az, nə çox - 10 milyon avro təklif edir.

Maraqlıdı, bəs, futbolçunun real bazar dəyəri nə qədərdi? Elvin həqiqətən də 10 milyon avroluq futbolçudu?
Sualları təcrübəli menecer Emil Şükürova ünvanladıq. Onun “Football-plus.az”a cavabı:

“Açığı, hər dəfə “Qarabağ” yaxşı oyun göstərəndə, avrokuboklara qələbə qazananda belə xəbərlər yayılır. Lakin açıq danışmalıyıq. Bu gün Azərbaycan futbolunun nümayəndəsi üçün 5-10 milyon ödəmək niyyətində olan klub yoxdu. Düşündüyüm odu ki, Elvin Cəfərquliyevin indiki transfer dəyəri tam fərqlidi. Məsələn, onun üçün 500 min avro ödəyə bilərlər. Bununla belə, futbolçunun növbəti kluba transferindən “Qarabağ”a pay verilə bilər. Bəlkə hansısa klub risk edib “Qarabağ”a 1 milyon təklif edər. Amma azərbaycanlı futbolçu üçün 5-10 milyon avro təklif olunması inandırıcı deyil. O başqa məsələ ki, azərbaycanlı oyunuçular üçün nə qədər çox pul versələr, bir o qədər yaxşıdı. Elvinin Avropaya gedib-getməyəcəyi hələ bəlli deyil. Onu deyim ki, burda liqa seçimi çox düzgün olmalıdı. Əcnəbi agentlərin şirin sözlərinə aldanmaq lazım deyil. Hər halda, Elvin azərbaycanlıdı. Yolu açıq, uğurları davamlı olsun”.


KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью