futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan yığmasının sabiq üzvü, “Qarabağ” və “Neftçi” kimi klublarda çıxış etmiş Elvin Yunuszadə karyerasını Türkiyənin “Boluspor” komandasında davam etdirir.
Müdafiəçi I Liqa təmsilçisindəki durumu ilə bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Bir müddət əvvəl zədələnmişdiniz. Hazırda durumunuz necədir?
– Zədəmi tam sağaltmışam. Komanda ilə məşqlərdə iştirak edirəm. Hər şey qaydasındadır.
– I Liqada son turda “Ümraniyespor”la matç yarımçıq dayandırıldı. Səbəb nə idi?
– Dəhşətli yağış yağdı, meydançada oynamaq mümkün deyildi. Oyun təxirə salındı və indi yeni vaxt hələ dəqiq deyil. Çünki üç gün sonra başqa matçımız var.
– Uyğunlaşma ilə bağlı sıxıntılarınız olmadı?
– Adaptasiya ilə bağlı problem yaşamadım. Dilimiz, dinimiz birdir, hansısa problem yaşamadım.
– İlk vaxtlar start heyətdə şans qazanırdınız, ancaq zədədən öncə artıq ehtiyat oyunçuya çevrildiniz. Oyun praktikanızın azlığından narazı deyilsiniz?
– Tam hazır olmamış “11-lik”də yer aldım. Sonra zədələndim, qayıtdım, yenə startda oynadım. Bir növ tələsdim. İndi daha da yaxşıyam və inanıram ki, şans olacağı halda, özümü göstərə biləcəyəm.
Şahin Cəfərov