Elvis Preslinin nəvələri…

10.10.2026

Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.

Mərhum rok-n-roll kralı Elvis Preslinin böyümüş nəvələrinin nadir fotosu sosial şəbəkələrdə yayılıb.
OLAY yazır ki, əkiz bacılar Harper və Finli Lokvudun 18 yaşları münasibətilə çəkilmiş şəklini onların nənəsi Prisilla Presli paylaşıb. İzləyicilər hər iki bacının məşhur babaları və nənələri ilə xarici oxşarlığına diqqət çəkiblər.

Harper və Finli Elvis Preslinin yeganə qızı Liza Marinin musiqiçi Maykl Lokvudla nikahından dünyaya gəliblər. Liza Mari daha sonra Maykl Ceksonla iki il evli olub. O, 2023-cü ilin yanvarında, 54 yaşında, əməliyyatdan sonrakı ağırlaşmalar səbəbindən qəfil vəfat edib. Onun ölümündən sonra əkizlərin qəyyumluğunu ataları öz üzərinə götürüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью