Elxan Abdullayev: Göstərilən oyun pis deyildi, amma nəticələrdən razı qalmadıq | Icma.az
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Göstərilən oyun heç də pis deyildi. Amma nəticələrdən razı qala bilmərik.
"Report" xəbər verir ki, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayev Avropa çempionatının seçmə mərhələsindəki çıxışları ilə bağlı danışarkən deyib.
Mütəxəssis komandasının potensialının olduğunu bildirib: “Moldova yığmasına qarşı keçirdiyimiz son oyunda 2:0 hesabı ilə önə çıxsaq da, ikinci hissədə 2 qol buraxdıq və heç-heçə qeydə alındı.
Halbuki bu matçda komandamız qələbəyə layiq idi. Buraxdığımız ikinci qol mənim üçün tamamilə gözlənilməz oldu.
Qapıçımız son saniyələrdə kobud səhvə yol verdi və nəticədə qələbəni əldən verdik. Əlbəttə ki, məyus olduq.
Ancaq əlimizi yanımıza salmamalı, irəli getmək barədə düşünməliyik.
Futbol səhvlərdən ibarətdir, bu səhvləri düzəltməli və bir daha təkrarlamamalıyıq".
"O ki qaldı komandamın turnirdəki ümumi çıxışına, göstərilən oyun heç də pis deyildi. Amma nəticələrdən razı qalmaq mümkün deyil.
Tam oxu
Xəbəri oxu