Elxan Poluxov: WUF13 ə ev sahibliyi Azərbaycan üçün mühüm mərhələdir

13.02.2026

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

WUF13 ilə bağlı Ərəb dövlətlərindəki jurnalistlər üçün regional onlayn media brifinq keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, brifinqdə 17-22 may 2026-cı il tarixlərində Bakıda "Hamı üçün mənzil: təhlükəsiz və davamlı şəhərlər, icmalar" mövzusu altında keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına (WUF13) hazırlıqlarla bağlı son yeniliklər açıqlanıb.

Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov WUF13-ə hazırlıqdan bəhs edərkən ölkənin inklüziv və fəaliyyətyönümlü forum keçirməyə sadiq olduğunu bir daha təsdiqləyib. O qeyd edib ki, WUF13-ə ev sahibliyi etmək Azərbaycan üçün mühüm mərhələdir və ölkənin qlobal şəhər dialoqunda artan iştirakını əks etdirir.

O, Azərbaycanın "ağıllı kəndlər", "ağıllı şəhərlər" və yaşıl enerji zonaları sahəsindəki təcrübəsini vurğulayıb: "Biz öz təcrübəmizi bölüşməyə və başqalarından öyrənməyə hazırıq. Sizi Bakıya gəlməyə, əlaqələrinizi genişləndirməyə və şəhər həllərinin irəliləməsi üzərində birlikdə işləməyə dəvət edirik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью