Elxan Şahinoğlu: ABŞ ilə Avropa arasında böyük uçurum yaranır

07.02.2025

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Brüssel Tramp administrasiyasının Pekinlə ticarət müharibəsindən faydalanmaq istəyir


Netanyahu üçün də gözlənilməz oldu


Tramp fələstinlilərin Qəzza bölgəsindən başqa yerə köçürülməsini və bu şəhərin ABŞ-nin nəzarətinə verilməsi gərəkliyini bildirib


ABŞ Prezidenti Donald Trampın Ağ Evdə qəbul etdiyi ilk qonağın İsrailin Baş naziri Benyamin Netanyahu olacağı gözlənilən idi. Tramp Prezidentliyinin birinci müddətində də İsraillə strateji müttəfiqliyi gücləndirib, Qüdsü bu ölkənin paytaxtı kimi tanıdığını və ABŞ səfirliyini bu şəhərə köçürəcəyini bəyan etmişdi. 


Bu sözləri “Sherg.az"a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. 


Trampın “alqı-satqı” siyasətinin beynəlxalq aləmin əsas probleminə çevrildiyini vurğulayan politoloq qeyd edib ki, Tramp bu dəfə Netanyahunun gözləntilərindən də irəli gedərək fələstinlilərin Qəzza bölgəsindən başqa yerə köçürülməsini və bu şəhərin ABŞ-nin nəzarətinə verilməsi gərəkliyini bildirib. Sonuncu təklif  Netanyahu üçün də gözlənilməz olub: 

Читать полностью