Elye Vahi “Nitsa”ya qayıtdı

25.08.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ayntraxt”ın hücumçusu Elye Vahi karyerasını ölkəsində davam etdirəcək. 

Apasport.az xəbər verir ki, "Nitsa" 23 yaşlı oyunçunu icarəyə götürüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Forvard 2026/27 mövsümünün sonunadək Fransa təmsilçisində çıxış edəcək. Müqavilədə satınalma bəndi də yer alıb.

Xatırladaq ki, Vahi 2025-ci ilin yanvarında “Lans”dan “Ayntraxt”a keçib. O, Almaniya klubunda bütün turnirlərdə 25 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, fransalı hücumçu ötən mövsümün ikinci yarısını da icarə əsasında “Nitsa”da keçirib. O, 19 oyunda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Yuventus"a Kenan Yıldız şoku: 2 ay oynamayacaq “Liverpul” Türkiyədə akademiya açdı “Hapoel”in qapıçısı: “Çətinliklər bizi gücləndirir” “Hapoel”in baş məşqçisindən “Sabah” etirafı: Favorit Azərbaycan klubudur “Tanrının əli” topu 3,3 milyon dollara satıldı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью