Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Əməkdar artist Elza Seyidcahan Bakıda keçirilən sərgidə fərqli görünüşü ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, müğənninin tədbir üçün seçdiyi geyim tərzi və xüsusilə başına bağladığı fərqli üslubda baş örtüyü diqqətdən yayınmayıb. Onun qeyri-adi imici sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.
Elza Seyidcahanın fərqli üslubu ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Bəzi istifadəçilər sənətçinin özünəməxsus tərzini diqqətçəkən hesab edib, digərləri isə onun baş örtüyü seçimini müzakirə ediblər. Bununla da sənətçi tərzi ilə yenidən sosial mediada gündəm olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)