Elza İbrahimovanın mahnılarından ibarət konsert təşkil olunacaq

16.01.2026

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fevralın 12-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Opera studiyasının konsert salonunda görkəmli bəstəkar, qəlboxşayan nəğmələr müəllifi, Xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət “Unuda bilməzsən” adlı gecə keçiriləcək.

AZƏRTAC xəbər verir ki, konsert proqramında Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblının müşayiəti ilə Azərbaycanın tanınmış incəsənət nümayəndələri çıxış edəcəklər.

Unudulmaz bəstəkarın könül nəğmələrindən zövq alacağınız konsertin biletlərini şəhərin kassalarından və "ASAN xidmət" mərkəzlərindən əldə edə bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью