Elza Seyidcahan: “Mən Füzulidən üstünəm”

21.05.2025

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Əməkdar artist Elza Seyidcahan verilişlərin birində qalmaqallı açıqlaması ilə gündəmə gəlib. O, çıxışı zamanı özünü klassik şair Məhəmməd Füzulidən daha üstün şair hesab etdiyini bildirib.

Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, Elza Seyidcahanın bu iddialı bəyanatı sosial şəbəkələrdə və cəmiyyət arasında geniş müzakirələrə səbəb olub. İstifadəçilərin əksəriyyəti sənətçinin bu fikrini tənqidlə qarşılayaraq, onu ədəbiyyatın klassik dəyərlərinə hörmətsizlikdə ittiham ediblər.

Qeyd edək ki, Elza Seyidcahan son illərdə qeyri-adi poetik üslubu və çıxışları ilə tez-tez medianın diqqət mərkəzində olur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью