Icma.az, Gununsesi saytına istinadən bildirir.
Müğənni Elza Seyidcahan efirdə uşaqların gec saatlara qədər restoranlarda qalması ilə bağlı narahatlığını ifadə edib.
O bildirib ki, uşaqlar “cıqqa-cıqa” tərzində musiqiyə qulaq asaraq vaxt keçirirlər və bu, onların dərs oxumasına və məktəb həyatına mənfi təsir göstərir:
“Restoranlarda adam əlindən yer yoxdur. Uşaqlar burada böyüyürlər, halbuki onlar məktəbdə böyüməlidirlər. Gecə saat 12-yə qədər restoranda olan uşaq necə dərs oxusun, məktəbə getsin?”
Elza Seyidcahanın sözlərinə görə, bu məsələ valideynlərin diqqət etməsi vacib olan ciddi bir problemdir.
Şəbnəm