Elza Seyidcahanın şeiri Kərkük də dərc olundu

18.09.2026

Icma.az bildirir, Kulis.az portalına istinadən.

"Qəzetin şəklini göndərdilər ki, şeirim “Kərkük” qəzetində dərc olunub".

Bu sözləri Kulis.az-a açıqlamasında Əməkdar artist Elza Seyidcahan deyib:

"Şeirim tərcümə ilə verildiyindən bəzi sözlər ixtisar olunub. Amma mən yenə də İraq türklərinin müstəqil siyasi qəzeti olan “Kərkük” qəzetinə təşəkkürümü bildirirəm. Çox sağ olsunlar! Bundan sonra daha məsuliyyətlə, öz yolumu saxlamaq şərti ilə daha çox çalışacağam. Çünki bizim ədəbiyyatımız çox zəngindir, çox sayda dahilərimiz var. Əsas odur ki, insan özünü tapsın. Mən uşaqlıadan şeiriyyət, ədəbiyyat aşiqiyəm. Yəni şairanə qız olmuşam, şairanə danışmışam və böyüyərək də bunu püxtələşdirmişəm".

O, gələcəkdə Kərkükdə solo konsert vermək istədiyini qeyd edib:

“O gün olsun ki, təyyarə ilə Kərkükə konsertə gedim. Solo konsertimdə həm mahnılarımı, həm də şeirlərimi orada səsləndirmək arzusuna nail olum”.




Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi Yüzlərlə sənətçi incəsənət yarmarkasında iştirak edəcək “15 Sentyabr – Bilik Günü” adlı sərgi istifadəçilərə təqdim olundu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью