Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.
AzVision.az xəbər verir ki, ABŞ-nin Yaponiyadakı keçmiş səfiri Ram Emanuel “The Hill” qəzetinə müsahibəsində belə deyib.
“İkinci Dünya Müharibəsindən bəri Rusiyanın əsas məqsədi NATO-nu parçalamaqdır.
İosif Stalinin vaxtından bu yeganə məqsəd olub və Amerika prezidenti Stalinin arzusunu həyata keçirib”, - sabiq səfir bildirib.
Tramp: "Zelenski diktatordur" Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Tramp Kiyevin Rusiya ilə münaqişənin həlli üzrə danışıqlar masasında yer alması üçün Ukraynada seçkilərin keçirilməsinin zəruri olduğunu deyib.
Ukrayna prezidenti Volodimir Zelenskinin reytinqinin 4%-ə düşdüyünü iddia edən Tramp, onu həmçinin “seçkilərsiz diktator” adlandırıb.
Öz növbəsində, 4%-lik reytinq barədə məlumatı dezinformasiya adlandıran Zelenski, onun indi dövlət başçısı kimi dəyişdirilməsinin “heç cür alınmayacağını” iddia edib.
Kiyevə hərbi və maliyyə dəstəyinin göstərilməsində həmişə ehtiyatlı davranan Almaniya kansleri Olaf Şolz da Trampın Zelenski barədə dediklərini tənqid edib.