ƏMAS da işçilərin məzuniyyət günləri ilə bağlı daha bir yenilik

30.06.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) işəgötürənlər üçün məzuniyyət günləri ilə bağlı yeni funksionallıq yaradılıb.

"Cebheinfo.az" xəbər verir ki ƏMAS-ın “Statistik məlumatlar” bölməsinə əlavə edilən “Məzuniyyət günləri” funksiyası işəgötürənlərə işçilərin əmək müqaviləsinə əsasən əsas və əlavə əmək məzuniyyəti günləri barədə məlumatları sistem üzərindən rahat şəkildə əldə etmək imkanı verir.

Yeni funksionallıq məzuniyyət günləri ilə bağlı məlumatların onlar tərəfindən izlənilməsini və hesabatların hazırlanmasını asanlaşdırır.

Bu, işəgötürənlərə məzuniyyətlərin uçotunu daha səmərəli aparmağa və insan resurslarının idarə edilməsini daha rahat təşkil etməyə şərait yaradır.

ƏMAS-da tətbiq olunan yeni funksiyalar əmək münasibətlərinin rəqəmsallaşdırılması, xidmətlərin daha əlçatan olması və işəgötürənlər üçün istifadənin daha rahat təşkili məqsədinə xidmət edir.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью