Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq” altsistemində (ƏMAS) əvvəlki iş yerlərinə dair arayışın əldə olunması funksionallığı yaradılıb.
AZXEBER.COM xəbər verir ki, yeni funksionallıq vasitəsilə işçilər əmək müqavilələrinə xitam verilməsi barədə məlumatları əks etdirən arayışı elektron qaydada əldə edə bilərlər.
Arayışı əldə etmək üçün ƏMAS-ın "Arayışların əldə edilməsi” bölməsində müvafiq arayış növünü seçmək kifayətdir.
Yenilik vətəndaşların əvvəlki əmək fəaliyyətlərinə dair məlumatları elektron mühitdə daha əlçatan edir.