Embafinans ın rəhbərinə yeni müşavir təyin edildi

26.10.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bank Olmayan Kredit Təşkilatı (BOKT) “Embafinans” QSC-nin direktoruna müşavir təyin edilib.

“Yeni Sabah” xəbər verir ki, Plat.az-ın əldə etdiyi məlumata görə, bu vəzifə Elçin Nəsibova həvalə olunub. 

E.Nəsibov bundan öncə “Azərbaycan Sənaye Bankı” ASC-də insan resursları üzrə menecer olub.  pizza mizza

Qeyd edək ki, “Embafinans”ın direktoru Nahid Hüseynovdur. Bundan bir müddət əvvəl Namiq Abbasov və Sevinc Yusubova-Muradova da BOKT-un direktorunun müşaviri təyin edilib.

Xatırladaq ki, “Embafinans” QSC 25 iyun 2012-ci ildə dövlət qeydiyyatına alınıb. BOKT-un nizamnamə kapitalı 10 milyon manatdır. Şirkətin əsas səhmdarı Elşad Abbasovdur. O, BOKT-un səhmlərinin 86%-nə sahibdir. Səhmlərin qalan 14%-i Tamara Polyakovaya məxsusdur. E.Abbasov eyni zamanda “Embawood” mebel şirkətinin təsisçisidir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью