Marja.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Mərkəzi Bankının apardığı cari nəzarət prosesləri çərçivəsində “Embafinans” BOKT QSC və onun vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.
Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Tətbiq edilmiş nəzarət tədbirləri” məlumatında bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məlumata görə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar “Embafinans” BOKT QSC və onun vəzifəli şəxsi barəsində tədbir görülüb.
İnzibati Xətalar Məcəlləsinin 598.11-ci, 598.12-ci və 598.16-cı maddələrinə əsasən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən “Embafinans” BOKT QSC 20 min manat, onun vəzifəli şəxsi isə 4 min manat məbləğində cərimə edilib.
Beləliklə, təşkilat və onun vəzifəli şəxsinə tətbiq edilən cərimələrin ümumi məbləği 24 min manat təşkil edib.