Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müştəri məmnuniyyətini pozması, qüsurlu mal satması ilə bağlı tez-tez gündəm olan “Embawood” MMC artıq bir müddətdir istehlak bazarına nəzarət edən qurumların da “radarındadır”.
İlin əvvəlində istehsalat sahəsindən atmosferə tüstünün yayılması ilə bağlı məsuliyyətə cəlb edilərək, cərimələnən şirkət barəsində mart ayında növbəti protokol tərtib edildi.
“Embawood” bu dəfə də qüsurlu mal satmaqda və xarab malı geri qaytarmamaqda günahlandırıldı.
Şirkətin fəaliyyətindəki qüsurlar təkcə atmosferi çirkləndirib, qüsurlu mal satmaqla bitmir.
Demokrat.az Teleqraf-a istinadla xəbər verir ki, bundan əvvəl idarəçilik qaydalarını pozuduğu üçün İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci maddəsi ilə (Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulması) protokol tərtib olunaraq məhkəməyə verilmişdi.
Dövlət Gömrük Komitəsi isə İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsinə əsasən “Embawood” MMC-nin inzibati qaydada cərimə edilməsi barədə protokol tərtib etmişdi.
Protokola Sumqayıt Şəhər Məhkəməsində baxılmışdı. Beləliklə, ölkədəki mebel bazarının 70 faizinə nəzarət edən şirkətin istər ixrac-idxal qay