Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Alıcı "Embawood" mebel şirkətindən narazıdır.
Bu barədə şikayətçi Elza İsrayılova BAKU.WS-in "qaynar xətti"nə müraciətində bildirib.
Onun sözlərinə görə, 2 ay əvvəl "Embawood"dan daxili kreditlə aldığı mebel ona tam şəkildə çatdırılmır.
"2 ay əvvəl kreditlə 1924 manatlıq mebel aldım. 2 aydır kreditini ödəyirəm amma hələ də mebelin güzgüsü mənə çatdırılmayıb. Hər dəfə zəng edəndə Pərvanə adlı işçi məni yola verməyə çalışırdı. 2 aydır bir güzgünü tapıb mənə çatdıra bilməyiblər", - deyə şikayətçi urğulayıb.
Sözügedən halla bağlı sözügedən filialla əlaqə saxladıq. Telefona cavab verən xanım əməkdaş hadisəni təsdiqlədi:
"Həmin xanımın mebelinin güzgüsü qırıq idi, hazırda yeni güzgünün istehsal prosesi gedir", - deyə əməkdaş cavabında bildirib.
Güzgünün istehsal prosesinin nə vaxt bitəcəyi və məhsulun müştəriyə tam şəkildə nə vaxt çatdırılacağı haqqında isə sualımıza mağazadan cavab verməyiblər.