“Embawood”da istehlakçı hüququ pozuldu

08.10.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müştəri sosial şəbəkə hesabında “Embawood” mebel mağazasından aldığı divanın cəmi 5 ay istifadədən sonra sıradan çıxdığını bildirib.

“Yeni Sabah” xəbər verir ki, şikayətçinin sözlərinə görə, dəfələrlə zəng etməsinə baxmayaraq, şirkət problemi həll etməkdən yayınaraq texniki xidmət göstərməyib.

Yalnız Antiinhisar və İstehlak Bazarında Nəzarət Dövlət Xidmətinə müraciət edildikdən və qurumun müdaxiləsindən sonra şirkət əməkdaşları mebeli təmirə aparıblar. Sezar pizza

Lakin artıq 1 aydan çox vaxt keçməsinə baxmayaraq, divan sahibinə geri təhvil verilməyib və şirkətlə zəng vasitəsilə əlaqə saxlamq mümkün olmur. İstehlakçı “Embawood” rəhbərliyini məsuliyyətsizlikdə və keyfiyyətsiz xidmət göstərməkdə ittiham edir.

Cəlalə Cəlalqızı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью