“Embraer”in nümayəndələri araşdırma aparmaq üçün Qazaxıstana gələcək” Baş nazir

26.12.2024

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

“Təyyarə istehsalçısı “Embraer”in nümayəndələrinin araşdırma aparmaq üçün Qazaxıstana gəlməsi gözlənilir”.

Azpost.info xəbər verir ki, bunu Qazaxıstan Baş naziri Oljas Bektenov hökumətin bugünkü fövqəladə iclasında deyib.
Baş nazir qəzanın baş verdiyi ərazidə fövqəladə vəziyyətin hökm sürdüyünü də bildirib.

Qeyd edək ki, Braziliyanın “Embraer” təyyarə istehsalı konsorsiumu Aktauda baş verən təyyarə qəzasından sonra rəsmi açıqlama verib. Təyyarə istehsalçısı səlahiyyətli orqanlara kömək etməyə hazır olduğunu bəyan edib. Bununla belə, şirkət tam məsuliyyətlə bəyan edib ki, məlum təyyarənin göyərtəsində uçuşlara mane olacaq heç bir qüsur olmayıb.

Azpost.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью