Əmək haqqı və Biznes kartları üzrə təcrübəçi

10.09.2025

Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Təsvir

İstifadəçilərin (biznesin) ehtiyaclarını anlamaq və onları məhsul tələblərinə çevirmək; Bank kartları üzrə bazar araşdırması aparmaq, rəqabətə davamlı şərtlər təklif etmək; Bank kartları bazarında müasir tendensiyaları izləmək, məhsulun inkişafı yönündə işlər görmək; Dəyişən tələblərə əsaslanaraq, məhsul ehtiyatlarını idarə etmək və prioritetləşdirmək; Məhsulun yaradılmasında, inkişafında və biznes göstəricilərə nəzarətində birbaşa iştirak etmək; Prosesin hər bir mərhələsində məhsulun inkişafının monitorinqini və qiymətləndirilməsini həyata keçirmək; Müvafiq istiqamət üzrə əsasnamələrin, tariflərin və təlimatların mütəmadi monitorinqi və yenilənməsini həyata keçirmək; Məhsulun gəlirliyini və effektivliyini əks etdirən hesabatlar hazırlamaq və təkminləşdirmək.

Nəticədə əldə ediləcək biliklər:

Bank sistemləri və kartların istehsalı prosesi barədə praktiki bilik; Müxtəlif kart növləri və onların fərqləri haqqında məlumat; Məlumatların təhlükəsiz ötürülməsi və işlənməsi qaydaları; Korporativ mühitdə və komandada işləmə bacarığı; Beynəlxalq ödəniş sistemlərinin iş prinsipi barədə biliklər.

Tələblər

Maliyyə, bank işi, informasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə ali təhsil alan tələbə və ya yeni məzun; Azərbaycan dilində şifahi, yazılı ünsiyyət bacarığı (rus və ingilis dili arzuolunandır); MC Excel və digər ofis proqramlarında sərbəst işləmə bacarığı; Güclü analitik təhlil bacarığı; Güclü etik prinsiplər və məxfi məlumatların qorunmasına həssas yanaşma; Məsuliyyətli, diqqətli və dəqiq olmaq; Komandada işləmək və konstruktiv ünsiyyət bacarığı.

Müraciət üçün daxil olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью