Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
1 sentyabrdan Özbəkistanda əmək haqqı, nəqliyyat, dövlət xidmətləri, təhsil və sosial müdafiə sahələrində bir sıra dəyişikliklər qüvvəyə minəcək.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, dəyişikliklərə əsasən, ölkədə əmək haqqı və təqaüdlər artacaq
Belə ki, büdcə təşkilatlarının işçilərinin əmək haqqı və təqaüdləri 7% artırılacaq. Minimum əmək haqqı məbləği isə ayda 1 milyon 360 min som, əsas hesablama məbləği isə 440 min som olacaq. Bununla əlaqədar olaraq, cərimələr, dövlət rüsumları və BHM ilə bağlı digər ödənişlər də artacaq.
Dəyişikliklərdə yeni qayğı müavinətinin tətbiqi də nəzərdə tutulub. Buna görə, dərin əqli gerilik diaqnozu qoyulmuş 18 yaş və yuxarı şəxsə qulluq edən qanuni nümayəndəyə aylıq müavinət ödəniləcək. Onun məbləği qayğıya ehtiyacı olan əlil uşağın qanuni nümayəndəsinə ödənilən müavinətə bərabər olacaq.
Süleyman