Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər təsdiqləndi KONKRET

27.11.2026

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər təsdiqlənib.

KONKRET.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin noyabrın 27-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli Qanunun icrası məqsədilə hazırlanıb. Belə ki, sözügedən Qanunla “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna dəyişiklik edilib və istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlərin, könüllü fəaliyyətin iştirakçısı olan könüllülərin həmin Qanunla müəyyən edilmiş qaydada icbari sığorta olunması nəzərdə tutulub.

Eyni zamanda, Dövlət Əməyin Mühafizəsi Fondunun maliyyə mənbələri siyahısına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların könüllü ödəmələri də daxil edilib. Həmin Qanundan irəli gələrək Əmək Məcəlləsinin 208-ci və 221-ci maddələrinə uyğunlaşdırma xarakterli müvafiq dəyişikliklər edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью