Əmək müqavilələrinin rəsmiləşdirilməsi sadələşdiriləcək

11.11.2026

Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.

Əmək müqavilələrinin rəsmiləşdirilməsində sadələşdirilmiş mexanizm tətbiq ediləcək.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Onun sözlərinə görə, təklif olunan qanunvericilik dəyişikliklərinin əsas məqsədi qeyri-formal məşğulluğun geniş yayıldığı sahələrdə əmək münasibətlərinin rəsmiləşdirilməsini asanlaşdırmaqdır:

"Bu məqsədlə müəyyən fəaliyyət sahələrində sadələşdirilmiş əmək müqaviləsinin tətbiqi nəzərdə tutulur. Yeni mexanizm işəgötürənlərə və işçilərə qısamüddətli, o cümlədən bir günlük işlərlə bağlı əmək münasibətlərini elektron sistem vasitəsilə daha sadə və çevik qaydada rəsmiləşdirmək imkanı yaradacaq. Məlum olduğu kimi, digər qanunvericilik təşəbbüsü çərçivəsində saatlıq əməkhaqqı sisteminin tətbiqi də nəzərdə tutulur. Hesab edirik ki, bu mexanizm sadələşdirilmiş əmək müqaviləsinin tətbiqi üçün də əlverişli şərait yaradacaq. Belə ki, işçinin əməkhaqqının faktiki işlədiyi saatlara uyğun müəyyən edilməsi qısamüddətli əmək münasibətlərinin rəsmiləşdirilməsini daha da asanlaşdıracaq. Nəticə etibarilə, bu iki mexanizmin bir-birini tamamlaması qısamüddətli işlərdə çalışan şəxslərin əmək münasibətlərinin qanuni əsaslarla rəsmiləşdirilməsinə, qeyri-formal məşğulluğun azaldılmasına və işçilərin əmək hüquqlarının qorunmasına xidmət edəcək".

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Report"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью