Əmək pensiyaları artırılacaq

19.11.2024

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Əmək pensiyalarının orta aylıq məbləği növbəti ildə 531 manat və ya cari illə müqayisədə 8 faiz çox proqnozlaşdırılır.
Reyting.az 
xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği isə 569 manat və ya bu ilin sonuna gözlənilən göstəricidən 8 faiz çox proqnozlaşdırılır:
“Bu ilin sonuna gözləntimiz odur ki, əmək pensiyalarının orta aylıq məbləği 494 manat, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 527 manat olacaq. Növbəti ildə 8 faizlik artımla pensiyaçılara daha əhatəli dəstək tədbirləri təqdim ediləcək”.(Report).

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью